Yasaq eşq yaşayan kürəkən və qayınanaya hökm oxundu - MƏHKƏMƏDƏ DEDİKLƏRİ

 Yasaq eşq yaşadıqları ortaya çıxan 46 yaşlı qayınana Güldanə Şahin və 21 yaşlı kürəkən Cuma Doğana hökm oxunub.

May 29, 2025 - 01:40
May 29, 2025 - 01:46
Yasaq eşq yaşayan kürəkən və qayınanaya hökm oxundu - MƏHKƏMƏDƏ DEDİKLƏRİ

SAVASHMEDİA.az xəbər verir ki, bir neçə ay öncə Türkiyədə qalmaqala səbəb olan qayınana və kürəkən hakim qarşısına çıxarılıblar. 

Məhkəmədə Güldanə Şahinin fiziki məhdudiyyətli qızı Dilek Şahin ifadə verərək nişanlısı Cuma Doğanın onu tez-tez döydüyünü və təhdid etdiyini bildirib. D.Şahin anasından fiziki şiddət görmədiyini deyib və şikayətçi olmayıb.

Güldanə Şahinin həyat yoldaşı Turan Şahin isə məhkəməyə ifadəsində Güldanə ilə Cumanın qaçarkən evdən toplam dəyəri 1 milyon 226 min 900 lirə olan qızıl-zinət əşyası və xarici valyuta oğurladıqlarını bildirərək şikayətçi olub.

Təqsirləndirilən şəxslər bu iddiaları qəbul etmədiklərini bildirsələr də, hakim onlara hədə-qorxu gəlmə və yaralama ittihamı ilə hökm oxuyub. Qərara görə, Güldanə Şahin 3 il 7 ay 15 gün, Cuma Doğan isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, hadisə Türkiyənin Kayseri şəhərinin Dəvəli rayonunda baş verib. 25 yaşlı Dilek Şahin aparıcı Esra Erolun proqramına qatılaraq nişanlısı ilə anasının eşq yaşadığını və heç kimə deməməsi üçün təhdid olunduğunu bildirib. Proqramda Güldanə Şahinin kürəkəni Cuma Doğandan 3 aylıq hamilə olduğu da açıqlanıb. Polis qayınana ilə kürəkəni hədə-qorxu gəlmə və adam yaralama ittihamı ilə həbs etmişdi.

Banu