Qazaxıstan Rusiyaya hücum edib? - Video yayıldı
Qazaxıstan Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi Rusiyanın Orsk şəhərinə PUA-larla hücumda iştirak etdiklərini iddia edən, ölkənin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəsmilərinin yer aldığı videoların saxta olduğunu açıqlayıb.
SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.
Qurum bildirib ki, videolar “Deepfake” texnologiyasından istifadə edilməklə hazırlanıb:
“Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin bu videolarla heç bir əlaqəsi yoxdur. Bütün rəsmi açıqlamalar yalnız təsdiqlənmiş mənbələrdə - qurumların internet saytlarında və onların təsdiqlənmiş hesablarında yerləşdirilir. Yayılan videolar informasiya təxribatıdır və yalan xəbərlərin yayılması üçün “Deepfake” texnologiyasından istifadə nümunəsidir”.
Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsevin sözlərinə görə, oktyabrın 3-də (Ukraynadan) bölgədə sənaye obyektinə PUA hücumu olub. Obyektə cüzi ziyan dəyib, istehsalatda fasilə olmayıb, tələfat yoxdur. Ümumilikdə, Orsk üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri 4 PUA məhv edib.