Zelenski ilə deputatın mübahisəsinin VİDEOSU - “Putini məğlub edənə qədər..."

“Ukrayna düşməni məğlub edəndə tərxis baş verəcək və o vaxta qədər hərbçilərin keyfiyyətli rotasiyasına ehtiyac var”.

Jul 17, 2025 - 16:54
Zelenski ilə deputatın mübahisəsinin VİDEOSU - “Putini məğlub edənə qədər..."

SAVASHMEDİA.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada yeni hökumət üzvlərinin təyin olunması üzrə səsverməsindən öncə bildirib. 

Parlamentin iclasında “Avropa Həmrəyliyi”ndən olan xalq deputatı Oleksiy Qonçarenko prezidentə hərbi xidmətin aydın müddəti haqqında qanun layihəsinə dair sual verib.

“Bizim adamlarımız, qəhrəman əsgərlər, biz düşməni məğlub edəndə evlərinə qayıdacaq, bu isə Putindir. Ölkəmizin daxilində düşmən yoxdur, siz də bu tərəfdə dayanmırsınız. Bizim qəhrəmanlarımız keyfiyyətli rotasiyaya layiqdirlər. Sənin kimilər... Sizin kimilər nəinki burada, cəbhədə onlara kömək edəndə”, - deyə prezident cavab verib.

Qonçarenko “sən” müraciətindən qəzəblənib və “biabırçılıq” qışqırıb.

Xatirə SADİQ