Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının meyiti tapıldı

Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapılıb.

Feb 27, 2026 - 18:17
Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının meyiti tapıldı

SAVASHMEDİA.az-ın xəbərinə görə, meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələkgər Həsənzadə olduğu müəyyən edilib.

Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə "press" deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.

Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib.

O, həmçinin, Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınıb. (APA)