Efir qadağası qoyulan müğənni danışdı - "Sağ olsunlar"

Xəbər verdiyimiz kimi, bəzi müğənnilərin efirə çıxmağına qadağa qoyulub.

Feb 27, 2026 - 19:34
Efir qadağası qoyulan müğənni danışdı - "Sağ olsunlar"

SAVASHMEDİA.az xəbər verir ki, siyahıda adı olan müğənni Ülviyyə Namazova Lent.az-a açıqlamasında bu qadağadan xəbərinin olmadığını bildirib:

"Bu xəbəri indi sizdən eşidirəm. Bildiyim qədərilə, qadağalar aparıcılar ilə əlaqədar idi. Nə deyə bilərəm, mən kiməm ki, nəsə deyəm? Çağırsalar da, sağ olsunlar, çağırmasalar da".