Bakıda 40, Naxçıvanda 41 dərəcə - Faktiki hava
Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.
Bu barədə SAVASHMEDİA.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.