15 illik qonşusu Kamal Kılıçdaroğlunu QINADI

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğvindən sonra partiya üzvləri ilə yanaşı öz qonşuları da Kamal Kılıçdaroğluya etiraz ediblər.

May 22, 2026 - 12:52
15 illik qonşusu Kamal Kılıçdaroğlunu QINADI

SAVASHMEDİA.az xəbər verir ki, K.Kılıçdaroğlunun 15 illik qonşusu yaranmış vəziyyətdən narahat olduğunu dilə gətirib.

“Kamal Kılıçdaroğlunun 15 illik qonşusu və CHP-nin üzvüyəm. Məsələlərə vicdanla yanaşıram. Özgür Özel partiyaya yaxşı liderlik edir. Həmin qurultaydan sonra daha iki qurultay keçirilib. Deyək ki, birinci qurultayda saxtakarlıq edilib. Sonrakı iki qurultayda da Özgür Özel yenidən sədr seçilib. Üç qurultayda da eyni nümayəndələr səs veriblər. O nümayəndələrin yarısından çoxu Kamal Kılıçdaroğlu zamanından seçilən adamlardır. Necə saxtakarlıq ola bilər?” - K.Kılıçdaroğlunun qonşusu bildirib. 

Banu