ADY-nin yalanı İFŞA OLDU - Satışda 81 manata bilet yoxdur! + FOTO
Ötən axşamdan başlayaraq, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin satışına start verilib.
SAVASHMEDİA.az xitab24.az-a istinadla xəbər verir ki, biletlərin Komfort sinif üzrə minimum qiymətinin 81 manat olacağı bildirilsə də, hazırda satışda yaxın tarixdə bu məbləğdə bilet tapılmır.
Mayın 25-də Tbilisiyə bilet almaq istəyən şəxs hazırda 104.20 AZN ödəməlidir. Mayın 26-da isə bu məbləğ fantasik dərəcədə yüksəlib.
Belə ki, həmin tarixdə təklif olunan biletin qiyməti 231.13 manatdır. Mayın sonuna qədər isə biletlərin qiyməti 114.62 ilə 125.04 AZN arasında dəyişir.
Maraqlıdır ki, növbəti ayın ilk iki həftəsində də 81 manata bilet tapmaq mümkün deyil. İyunun 1-dən 15-nə qədər olan tarixlərdə təklif olunan biletlərin qiyməti 94.73 ilə 113.68 AZN arasındadır. İyunda yalnız üç gün - 16, 17, 18-i tarixlərində biletlərin qiyməti 85.26 AZN-dir.