"İsrailin növbəti hədəfi Türkiyədir" - Hakan Fidandan ŞOK

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İsrailin bölgədəki planları ilə bağlı sərt və diqqətçəkən açıqlama verib.

Apr 13, 2026 - 14:52
"İsrailin növbəti hədəfi Türkiyədir" - Hakan Fidandan ŞOK

Nazir bildirib ki, İsrail İrandan sonra yeni düşmən axtarışına çıxıb və bu baxımdan onların Türkiyəni "xüsusi fərqləndirməsi" diqqətdən yayınmır. 

Hakan Fidanın sözlərinə görə, rəsmi Tel-Əvivin ritorikasında bu meyl açıq şəkildə hiss olunur.

“İrandan sonra İsrailə yeni "düşmən" lazımdır. İsrail düşmən olmadan yaşaya bilmir. Görürük ki, yeni bir ritorika formalaşdıraraq Türkiyəni düşmən kimi təqdim etməyə çalışırlar”, – Fidan vurğulayıb.

XİN rəhbəri qeyd edib ki, bu yanaşma təkcə İsrail hakimiyyətində deyil, eyni zamanda ölkənin siyasi səhnəsində də geniş kök salıb.

O, əlavə edib ki, bu tendensiya həm Baş nazir Benyamin Netanyahu, həm də İsrail müxalifətindəki bəzi liderlərin çıxışlarında özünü açıq şəkildə göstərir.

Səlcuq
SAVASHMEDİA.az