"Evdə 3 min dollarım var, əgər..." - Cəmil Həsənli
"Artıq məni şahid qismində DTX-ya dəvət ediblər. Evimizdə axtarış aparılacağı istisna edilmir: Evimizdə heç bir şübhəli sənəd yoxdur. Hamısı öz yazı-pozularımdır".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkə hesabında yazıb.
O, evində nə qədər pulun olduğunu da açıqlayıb:
"Yoldaşım da, mən də artıq yaşlandığımız üçün gözlənilməz, qəfil hadisələrə görə (xəstəlik, ölüm-itim və sair) evimizdə rəsmi mənbəyi olan 3 min dollar, 245 paund pulumuz var. Bundan əlavə Londonda istifadə etdiyim Revolut bank kartında haradasa, 30 paund, HSBC kartında isə 709 pound pul var. Əlavə olaraq gündəlik istifadə üçün pensiya kartı. Qeyd etdiyimdən əlavə heç bir vəsait yoxumdur".
Oğuz