“Şamaxı” - “Sumqayıt” oyununda dava, baş məşqçilər qovuldu - VİDEO

Azərbaycan Premyer Liqasının XIII turunun “Şamaxı” - “Sumqayıt” oyununda insident baş verib.

Nov 30, 2025 - 16:36
“Şamaxı” - “Sumqayıt” oyununda dava, baş məşqçilər qovuldu - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda qonaqların cinah oyunçusu Aleksey Yankoviç 88-ci dəqiqədə hesabı bərabərləşdirdikdən sonra komandaların baş məşqçiləri arasında dava olub.

“Şirlər”in baş məşqçisi Ayxan Abbasov “kimyaçılar”ın çalışdırıcısı Saşa İliçin qol sevincinə sərt reaksiya verib. Nəticədə görüşün baş hakimi hər iki mütəxəssisə qırmızı vərəqə göstərərək meydandan qovub.

“Şamax”ının məşqçisi Elnur Çodarov oyundan sonra həmin anları belə təsvirt edib:

"Qoldan sonra rəqib komandanın baş məşqçisi biz tərəfə, daha dəqiq desək, Ayxan Abbasov tərəfə aqressiv jestlər etdi. Hadisə də oradan başladı. Gördüyüm bunlar idi. Onsuz da, həmin hadisədən sonra aləm qarışdı. Təbii ki, səbəbkar 100 faiz Saşa İliç idi"

Qeyd edək ki, matç “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.