Saleh Rüstəmli azad edildi
Ötən gün saxlanılan Gədəbəy rayon icra hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov azadlığa buraxılıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə onun vəkili Bəhruz Bayramov sosial şəbəkədə məlumat yayıb.
Xatırladaq ki, dünən Saleh Rüstəmovun Gədəbəydə saxlanılaraq Bakıya gətirildiyi barədə məlumat yayılıb. O, bundan əvvəl də Azərbaycan Xalq Cəbhəsi Partiyasına maliyyə dəstəyi verməkdə ittiham olunub.
Ötən gün həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və AXCP İdarə Heyətinin üzvü Məmməd İbrahimin saxlanılması xəbəri yayılıb. Hüquq-mühafizə orqanları onların yaşadıqları ünvanda axtarış aparıblar.
Oğuz