"Ən gözəl qadını verin" demişdi - Türkiyədən Uqanda prezidentinin oğluna CAVAB

Uqanda prezidentinin oğlu və xüsusi təyinatlı qüvvələrin komandanı, general Muhoozi Kaineruqabanın Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə rezonans doğurub.

Apr 13, 2026 - 16:02
Apr 13, 2026 - 16:40
"Ən gözəl qadını verin" demişdi - Türkiyədən Uqanda prezidentinin oğluna CAVAB

General sosial şəbəkə hesabında Türkiyədən 1 milyard dollar və “ölkənin ən gözəl qadınını” həyat yoldaşı kimi tələb etdiyini yazmışdı. 

O, bu tələblərin yerinə yetirilməyəcəyi halda Ankara ilə diplomatik münasibətlərin kəsilə biləcəyini və Türkiyənin Uqandadakı nümayəndəliklərinin bağlanacağını bildirmişdi.

Kaineruqaba paylaşımında həmçinin bildirib ki, Uqandanın Somali ərazisində Afrika İttifaqı missiyaları çərçivəsində uzunmüddətli hərbi iştirakı Türkiyənin regiondakı mövqelərinin güclənməsinə şərait yaradıb. Onun sözlərinə görə, xüsusilə limanlara nəzarət Ankaraya strateji və iqtisadi üstünlüklər qazandırıb və indi bu “qazancdan pay” tələb olunur.

Hadisənin əsas diqqətçəkən tərəfi isə sosial şəbəkələrdəki reaksiyalar olub. Türkiyə seqmentində məsələ geniş müzakirə edilib və istifadəçilər generalın açıqlamasını ciddi qəbul etməkdən çox, ona yumorla yanaşıblar.

Bülent Ersoy

Bəzi istifadəçilər zarafatla Uqandalı generala “ən uyğun gəlin namizəd” kimi məşhur sənətçi Bülent Ersoyu gördüklərini yazlıblar. Bu paylaşımlar qısa müddətdə yayılaraq mövzunu sosial mediada viral trendlərdən birinə çevirib.

Xatırladaq ki, Bülent Ersoy uzun illərdir Türkiyənin ən tanınmış səslərindən biri hesab olunur. O, 1980-ci illərdə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qadın kimliyinə sahib olub və sonradan Türkiyə musiqi səhnəsində “Diva” kimi məşhurlaşıb. Bu səbəbdən də sosial şəbəkələrdə onun adı tez-tez zarafat kontekstində gündəmə gətirilir.

Qeyd edək ki, Muhoozi Kaineruqaba əvvəllər də oxşar bəyanatlar səsləndirib. Məsələn, bir müddət öncə İtaliyanın baş naziri Ciorcia Meloniyə müraciət edərək ona evlilik təklifi etdiyini və “başlıq pulu” kimi 100 inək verə biləcəyini bildirmişdi.

Səlcuq
SAVASHMEDİA.az