Həmin timsahın sorağı ilə Şirvan kanalına getdilər - Balıqçılar nə danışdı? + VİDEO
Sosial şəbəkələrdə Baş Şirvan kollektorunda timsahların üzdüyünü əks etdirdiyi iddia olunan videolar yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, həmin görüntülərin həqiqəti əks etdirmədiyi və saxta olduğu bildirilib.
Ərazidə uzun illərdir balıqçılıqla məşğul olan sakinlərin Baku.tv-yə dediklərinə görə, Baş Şirvan kollektorunda və ümumilikdə ölkənin su hövzələrində belə bir halla heç vaxt rastlaşmayıblar.
“Uzun illərdir bu kanalda balıq tuturuq, ölkənin müxtəlif su hövzələrində olmuşuq. Yayılan görüntülər bizə inandırıcı gəlmir. Azərbaycanda timsahların yaşaya biləcəyini düşünmürük. Sosial şəbəkələrdə paylaşılan həmin videoların süni şəkildə hazırlanması və ya montaj olunması ehtimalı daha yüksəkdir”, - sakinlərdən biri qeyd edib.