NASA Ayda daimi yaşayışa hazırlaşır - Məskunlaşma planı açıqlandı
NASA "Artemis" proqramı çərçivəsində Ayda daimi insan məskəninin yaradılması planını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, layihə üç mərhələdə həyata keçiriləcək və 2030-cu illərin ortalarınadək davam edəcək.
İlk mərhələdə Ayın cənub qütbünə robotlaşdırılmış missiyalar göndərilərək su buzu ehtiyatları araşdırılacaq, rabitə və enerji sistemləri sınaqdan keçiriləcək.
2029–2032-ci illəri əhatə edən ikinci mərhələdə yaşayış və elmi modulların, həmçinin enerji və rabitə infrastrukturunun qurulmasına başlanılacaq. Astronavtların uzunmüddətli missiyaları da bu dövrə təsadüf edəcək.
Üçüncü mərhələdə isə Ayda daimi yaşayış kompleksləri yaradılacaq, yerli resurslardan su, oksigen və yanacaq istehsalı təmin ediləcək. Planın reallaşması ilə insanların Ayda fasiləsiz yaşaması mümkün olacaq.
Səlcuq