"Makedon" rolunu nərddə udmuşdu - Tanınmış aktyor vəfat etdi + DOSYE
"Bizim Cəbiş müəllim" filmində Makedon rolunu oynayan Aqil Ağacanov vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində dünyaya gəlib.
Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirib, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil alıb. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşüb.
Uzun müddət aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərib və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyıblar. Ailəli olub. İkisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi var.
Aqil Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir.
Onu filmə təsadüfən çəkiblər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırıb. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsib ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur...
Oğuz