Müğənni qadın ekipajı ilə kosmosa uçdu
Amerikalı müğənni Keti Perri altı nəfərlik qadın ekipajın tərkibində “New Shepard” raketi ilə kosmosa uçdu.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, ki, uçuş “Amazon” qurucusu Ceff Bezosa məxsus “Blue Origin” şirkəti tərəfindən təşkil edilib.
Perridən başqa, uçuşda jurnalist, sahibkar və Bezosun nişanlısı Loren Sançes, fəal Amanda Nquev, aerokosmik mühəndis və sahibkar Aişə Bou, film prodüseri Kerriən Flinn, CBS News radiosunun aparıcısı Qeyl King iştirak ediblər.
“Bu, Valentina Tereşkovanın 1963-cü ildə uçuşundan sonra tamamilə qadınlardan ibarət ilk ekipajdır”, - deyə “Blue Origin” şirkətindən bildirilib.
“New Shepard” raketi Texasdakı kosmodromdan səmaya qalxıb. Aparat tamamilə avtonomdur və əl ilə idarəetmə tələb etmir. Uçuş 11 dəqiqə davam edib. Ekipaj Yerdən 100 km-dən çox yüksəkliyə qalxaraq kosmos sərhədini keçib. Uçuş iştirakçıları qısa müddət ərzində çəkisizlik hiss ediblər.
“New Shepard”ın əvvəlki missiyası 10-12 dəqiqəlik uçuş müddəti ilə fevralın 25-də baş tutmuşdu.
Xatirə SADİQ