Kreml Sumı faciəsini “hərbi obyektə zərbə” adlandırdı

Rusiyanın Ukraynanın Sumı şəhərinin mərkəzinə raket hücumu “hərbi obyektə” zərbədir.

Apr 14, 2025 - 17:35
Kreml Sumı faciəsini “hərbi obyektə zərbə” adlandırdı

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib. 

“Prezidentimizin və hərbçilərimizin hərbi qüvvələrimizin hərbi və yaxın hərbi obyektlərə zərbələr endirdiyi barədə bəyanatlarını təkrarlaya və xatırlada bilərəm”, - deyə Peskov bildirib. 

O, həmçinin jurnalistləri yalnız Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatlara əsaslanmağa çağırıb.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, aprelin 13-də Sumiıya hücumun hədəfinin Ukrayna Silahlı Qüvvələrinin (AFU) “Seversk” əməliyyat-taktiki qrupunun komanda qərargahının iclasının keçirildiyi yer olub. Nazirlik iddia edib ki, iki “İsgəndər-M” raketinin endirilməsi nəticəsində 60-dan çox ukraynalı hərbçi “öldürülüb”. 

“Kiyev rejimi Ukrayna əhalisindən canlı qalxan kimi istifadə etməkdə, əhalinin sıx məskunlaşdığı şəhərin mərkəzində hərbi obyektlər yerləşdirməkdə və hərbçilərin iştirakı ilə tədbirlər keçirməkdə davam edir”, - deyə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Ukrayna hakimiyyətinin məlumatına görə, Sumıda bir rus raketi universitet binasına düşüb, ikincisi isə küçədə partlayıb. 

Rusiyanın raket zərbəsindən sonra Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ABŞ və Aİ də daxil olmaqla, “dünyanın sərt reaksiyasına” ehtiyac var. 

Rusiyanın hücumu bir sıra Avropa liderləri, ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink və ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq tərəfindən pislənib. 

“Düşünürəm ki, bu, dəhşətli olub və mənə dedilər ki, onlar səhv ediblər", -  deyə ABŞ prezidenti Donald Tramp baş verənləri belə şərh edib.

Xatirə SADİQ