“Yapı Kredi Bank Azərbaycan”da KƏSKİN GERİLƏMƏ 

2026-cı ilin ilk rübü "Yapı Kredi Bank Azərbaycan" üçün uğurlu olmayıb. Bankın maliyyə göstəricilərində nəzərəçarpacaq geriləmə qeydə alınıb.

Apr 13, 2026 - 17:03
“Yapı Kredi Bank Azərbaycan”da KƏSKİN GERİLƏMƏ 

Bankın xalis mənfəəti cəmi 1 milyon 418 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 37.82% azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, əvvəlki illərdə bu göstərici xeyli yüksək olub.

Mənfəət vergisindən əvvəlki qazanc da azalıb. Belə ki, bu göstərici 2 milyon 115 min manat olub ki, bu da illik müqayisədə 24.5% geriləmədir.

Depozitlərdə azalma diqqət çəkir

Bankın depozit portfelində də azalma müşahidə olunur. Hesabat dövründə depozitlər 4.65% və ya 24.5 milyon manat azalaraq 503 milyon manata düşüb.

Bu tendensiya əvvəlki dövrlərdə də müşahidə olunurdu və bankın likvidlik bazası üçün müəyyən risk siqnalı kimi qiymətləndirilir.

Bankın ümumi öhdəlikləri 663 milyon manata enib. Bu, əvvəlki dövrlə müqayisədə cüzi dəyişiklik olsa da, ümumi dinamika zəifləmənin davam etdiyini göstərir.

Bütün bu azalmalara baxmayaraq, bankın cəmi kapitalı artıb. 2026-cı ilin mart ayının sonuna bu göstərici 11.75% yüksələrək 122.6 milyon manata çatıb.

Aytən 
SAVASHMEDİA.az