Hacı Nuran bu nazirlərlə məktəb yoldaşı olub - ADLAR
ATV-nin efirində maraqlı açıqlamalar verən tanınmış aparıcı Hacı Nuran Bakıdakı 8 nömrəli məktəbdə təhsil aldığını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, aparıcı həmin məktəbdə oxuduğu illərdə hazırda ölkədə tanınmış siyasətçi olan şəxslərlə birgə təhsil aldığını deyib.
“Xarici işlər naziri Ceyhun Bayramov, gənclər və idman naziri Fərid Qayıbov mənim məktəb yoldaşlarım olub.
"Ombudsman Səbinə Əliyevanı isə mən pionerə qəbul etmişəm”,- Hacı Nuran qeyd edib.
O həmçinin məktəbi fərqlənmə atestatı ilə bitirdiyini də diqqətə çatdırıb.
Səlcuq