“Ukraynaya yardım axınında dəyişiklik yoxdur” – Zelenski

“Hazırda ABŞ-dən Ukraynaya yardım axınında heç bir dəyişiklik yoxdur”.

Jan 23, 2025 - 09:10
“Ukraynaya yardım axınında dəyişiklik yoxdur” – Zelenski

SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumu çərçivəsində Davosdakı Ukrayna Evində sərgiyə baş çəkərkən deyib. 

ABŞ-dən yardımın azaldılmasının gözlənilib-gözlənilməməsi barədə suala Zelenski “Hələlik hər şey olduğu kimi gedir” cavabını verib.

Ukrayna lideri amerikalı həmkarı Donald Trampla görüşə hazırlıq barədə danışarkən bildirib ki, iki prezidentin görüşündən əvvəl onların komandaları arasında bir neçə görüş keçiriləcək.

“Bundan sonra prezidentlə gələcək görüş üzərində işləyəcəyik”, - deyə dövlət başçısı jurnalistlərə bildirib.

Xatirə SADİQ