“Rusiya vəziyyəti təhlil edəcək” – Peskov sanksiyalardan danışdı

“Rusiya hakimiyyəti cavab tədbirləri qəbul etməkdən əvvəl ABŞ-nin neft sektoruna qarşı sanksiyaları ilə bağlı vəziyyəti təhlil edəcək”.

Jan 15, 2025 - 13:58
“Rusiya vəziyyəti təhlil edəcək” – Peskov sanksiyalardan danışdı

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Biz vəziyyəti diqqətlə təhlil edirik. Və təbii ki, burada söhbət bu qanunsuz tədbirlərin nəticələrini minimuma endirən və ilk növbədə ölkəmizin və şirkətlərimizin maraqlarına ən yaxşı cavab verən tədbirlərin görülməsindən gedir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

“Moskva ABŞ-yə qarşı oxşar tədbirlər görə bilərmi?” sualına cavabında Peskov “heç nəyi istisna etmək olmaz” deyib.

Avropa İttifaqının (Aİ) Rusiya alüminiumuna qarşı sanksiyalar hazırlaması barədə xəbərləri şərh edən Peskov bildirib ki, bu cür hərəkətlər hipotetik olaraq bu seqmentdə kifayət qədər kövrək olan dünya bazarında sabitliyin pozulmasına gətirib çıxara bilər.

Xatirə SADİQ