Dəməşqdən qaçdığı deyilən Suriya prezidentindən AÇIQLAMA

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

Jul 19, 2025 - 12:56
Dəməşqdən qaçdığı deyilən Suriya prezidentindən AÇIQLAMA

SAVASHMEDİA.az-ın xəbərinə görə, Dəməşqi tərk etdiyi deyilən Əhməd əl-Şaraanın açıqlamasını Suriya prezidentinin mətbuat xidməti yayıb.

“Bütün ərazilərdə bütün hərbi əməliyyatları dayandırın, mülki əhalinin müdafiəsini və humanitar yardımın maneəsiz çatdırılmasını təmin edin”, -  bəyanatda deyilir.

Suriyanın hakimiyyət orqanları atəşkəs rejiminin pozulması cəhdlərinə qarşı da xəbərdarlıq da edib: "Bu qərara qarşı istənilən etiraz milli suverenliyin açıq şəkildə pozulması kimi qiymətləndiriləcək. Pozuntular Konstitusiya və müvafiq qanunlara uyğun olaraq lazımi hüquqi tədbirlərə səbəb olacaq".

Oğuz