ABŞ Senatında Buça qətliamının kadrları nümayiş etdirildi

Amerikalı senator Tom Tillis ABŞ Senatında Ukraynanın Buça şəhərində Rusiya ordusu tərəfindən törədilmiş dəhşətli qətliamın görüntülərini nümayiş etdirib. 

Feb 21, 2025 - 17:55
ABŞ Senatında Buça qətliamının kadrları nümayiş etdirildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

“Putin yalançı və qatildir. Putin mülki şəxslərin daim öldürülməsinə və işgəncəyə məruz qalmasına sanksiya verir. Putin – bütün dünyaya metastaz verəcək xərçəng şişidir”, - deyə respublikaçı senator diqqətə çatdırıb.

O, həmçinin əlavə edib ki, bu planetdə Putinin belə qırğına təsir etmək üçün qanuni əsasının olduğuna inanan bir nəfər də olsun mənəviyyatlı insan yoxdur: “Mən bunu öz gözlərimlə görmüşəm və heç vaxt unuda bilməyəcəyəm”.

Qeyd edək ki, bir neçə gün öncə Tillis digər senatorlarla birlikdə Ukraynaya səfər edib. Onlar “Ukrenerqo” obyektlərini və Buçanı ziyarət ediblər. 

Xatirə SADİQ