Tayvan prezidentinin ABŞ səfəri ləğv olunub
Tayvan hökuməti öz prezidentinin Latın Amerikasına səfəri çərçivəsində ABŞ-yə yolüstü ziyarətini ləğv edib.
SAVASHMEDİA.az bu barədə “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir.
AP qeyd edir ki, bu addım Tramp administrasiyasının Tayvan prezidenti Lay Çinq-denin Nyu-Yorkda dayanmasına etiraz etdiyi ilə bağlı şaiyələr fonunda atılıb. Taypey bildirib ki, prezident təbii fəlakətlər və ABŞ ilə tarif danışıqları da daxil olmaqla, daxili narahatlıqlar səbəbindən xaricə səyahəti planlaşdırmır.
Agentlik hesab edir ki, səbəbindən asılı olmayaraq görüşün ləğvi, şübhəsiz ki, Pekinə böyük diplomatik qələbə qazandıracaq və ekspertlər arasında Ağ Evin ABŞ-Çin münasibətləri üçün pis presedent yaratması ilə bağlı narahatlıqları artıracaq.
Məsələ ilə tanış olan mənbə bildirib ki, ABŞ Tayvan hökumətindən Nyu-Yorkdan tranzit marşrutunu dəyişdirməyi xahiş edib. Başqa mənbənin sözlərinə görə isə Pekin hiss edib ki, Layın ABŞ ərazisindən tranzit keçməsinə icazə verməməsini Trampdan xahiş edə bilər.
Xatirə SADİQ