Rusiya rəsmisi Cenevrədə belə rüsvay oldu - Çıxışa başlayan kimi + VİDEO
İsveçrədə Parlament Sədrlərinin Ümumdünya Konfransında iştirak edən Aİ ölkələri nümayəndələri Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı zamanı zalı tərk ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
“Rusiya Ukraynaya qarşı barbar təcavüzü ilə beynəlxalq hüququ tapdalayır. Ölkənin mülki infrastrukturu kütləvi və məqsədyönlü bombardmanlara məruz qalır. Bu, Ukrayna əhalisinə qarşı terrordur”, - deyə Almaniya parlamentinin spikeri Julia Klöckner bildirib.
O, Ukraynaya davamlı dəstəyin zəruriliyini vurğulayıb: “Biz Rusiya nümayəndə heyətinin tarixi təhrif etmək və günahı günahkarlardan qurbanların üzərinə atmaq kimi həyasız cəhdlərinə əhəmiyyət vermirik. Güclülərin hüququ üstün olmamalıdır”.
Ukrayna Ali Radasının vitse-prezidenti Yelena Kondratyuk isə avropaklı həmkarlarına bu demarşa görə “Facebook” səhifəsində minnətdarlığını bildirib.
“Mən bütün tərəfdaşlarımız və həmkarlarımızla fəxr edirəm! Bu, təcavüzkara qarşı demarşdır, Ukrayna xalqına dəstəkdir! Təşəkkür edirəm, səmimi olaraq, hətta gözlərimdə yaş var – nə qədər həmkarım bizi dəstəkləyir!” – deyə Kondratyuk yazıb.
Qeyd edək ki, Cenevrədə iyulun 29-dan 31-dək Parlament Sədrlərinin Ümumdünya Konfransı keçirilir.
Xatirə SADİQ