Polşa prezidenti Ukraynanın NATO və Aİ üzvlüyünə qarşı çıxdı
Polşa prezidenti Karol Navrotski Ukraynanın NATO-ya daxil olması məsələsinin müharibə səbəbindən təxirə salınmalı olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşanın dövlət başçısı Litvanın LRT teleradio şirkətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, vuruşan ölkə NATO-ya daxil ola bilməz: “Çünki bu, həm Polşanın, həm də Litvanın vuruşmalı olduğu anlamına gəlir. Ona görə də bu müzakirə təxirə salınmalıdır, bu, sadəcə, mümkün deyil”.
Polşa prezidenti həmçinin hesab edir ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı hazırda müzakirə aparmaq erkəndir. O, bu fikrini onunla izah edib ki, Polşa və Litvanın Aİ-yə üzvlük prosesləri uzun illər davam etdi və çox məqamları, o cümlədən iqtisadiyyat və biznes sektorlarına təsir nəzərə alınmalı idi.
“Əlbəttə, mən hesab edirəm ki, Ukrayna, məsələn, Latın və ya Qərb sivilizasiyasının sifətlərini axtarmaq istəyiriksə, gələcəkdə sivilizasiyanın bir hissəsi olmalıdır. Lakin, mənim fikrimcə, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı bugünkü müzakirə tezdir”, - deyə Navrocki vurğulayıb.
O, əlavə edib ki, Polşa prezidenti kimi bu cür müzakirələrdə iştirak etmir və daha çox ölkəsinin 2022-ci ildən bəri nələr etdiyinə diqqəti cəmləyir.
“Çünki polyaklar ilkin olaraq Ukraynaya hərbi texnika şəklində bu cür əhəmiyyətli dəstək verib və Ukraynaya sosial dəstəyi təmin etmək üçün bir milyon ukraynalını Polşaya qəbul ediblər. Ona görə də biz polyaklar hesab edirik ki, həmrəylik dərsini ən yaxşı şəkildə yerinə yetirmişik və bu gün Ukraynanın Rusiya Federasiyasının hücumu nəticəsində nələr çəkdiyini hiss edərək bunu davam etdiririk”, - deyə o, söyləyib.
Xatirə SADİQ