Toni Bler Qəzzanı idarə etmək xülyasına düşüb? – “The Financial Times”

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler İsrail-Fələstin müharibəsindən sonra Qəzza bölgəsini idarə etmək üçün müşahidə şurasına daxil olmaq istəyir.

Sep 26, 2025 - 14:49
Toni Bler Qəzzanı idarə etmək xülyasına düşüb? – “The Financial Times”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Toni Blair ABŞ prezidenti Donald Trampla hərbi əməliyyatlar bitdikdən sonra keçid dövründə Qəzza bölgəsinin idarə olunması planlarını müzakirə edib.

Trampın özü bu həftə atəşkəs üzrə təklifini təqdim edib. Həmin təklifə Qəzzanın idarə olunması üçün Fələstin komitəsinin yaradılması daxildir. Bu komitə beynəlxalq müşahidə şurasının nəzarəti altında olacaq.
совета. 

“The Financial Times”ın məlumatına görə, Blerə “Qəzzanın Beynəlxalq Keçid Orqanı” şurasının sədri vəzifəsi təklif olunub.

Xatirə SADİQ