Danimarka yaxınlığında Rusiyanın hərbi gəmisi peyda oldu

Pilotsuz uçuş aparatı insidentindən sonra Danimarka yaxınlığında Rusiyanın döyüş gəmisi görünüb.

Sep 26, 2025 - 14:46
Danimarka yaxınlığında Rusiyanın hərbi gəmisi peyda oldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Ekstra Bladet” nəşri məlumat yayıb. 

Məlumata görə, Danimarka sahillərində bir neçə gün gizlənmiş Rusiyaya məxsus hərbi gəmi aşkarlanıb. Məlum olub ki, gəmi aşkarlanmasının qeyri-mümkün olması məqsədilə izləmə sistemini sıradan çıxarıb.

Onun peyda olması son günlər Danimarka hava limanları üzərində dövrə vuran dronlarla üst-üstə düşüb. 

“Aleksandr Şabalin” desant gəmisi neçə gündür ki, beynəlxalq və Danimarka suları arasındakı sərhəddə lövbər atıb.

Xatirə SADİQ