Səudiyyə Ərəbistanında spirtli içki satılacaq

Səudiyyə Ərəbistanında spirtli içkilər satan mağazalar olacaq.

Nov 25, 2025 - 16:28
Səudiyyə Ərəbistanında spirtli içki satılacaq

SAVASHMEDİA.az xəbər verir ki, açılışı 2026-cı ilə planlaşdırılan mağazalar Ciddə və Dahran şəhərində fəaliyyət göstərəcək.

Həmin mağazalar müsəlman olmayan işçilərə və əcnəbi diplomatlara xidmət göstərəcək. 

Qeyd edək ki, bu addım vəliəhd şahzadə Məhəmməd bin Salmanın məhdudiyyətləri yumşaltmasının davamı kimi qiymətləndirilir.

Banu