"Əlisa Nicat, 1000-dən çox qoyunun varsa, camaatdan niyə pul istəyirsən?" - ETİRAZ

Təhsil eksperti, keçmiş deputat Etibar Əliyev yazıçı Əlisa Nicata kəskin məzmunda açıq məktub ünvanlayıb. 

Aug 20, 2026 - 23:01
Aug 20, 2026 - 23:30
"Əlisa Nicat, 1000-dən çox qoyunun varsa, camaatdan niyə pul istəyirsən?" - ETİRAZ

SAVASHMEDİA.az xəbər verir ki, o, yazıçının Azərbaycan xalqı haqqında səsləndirdiyi qalmaqallı fikirlərə sərt reaksiya verib.

Etibar Əliyev bildirib ki, Əlisa Nicatın "Mənim xalqım Azərbaycan xalqı deyil, mənim xalqım Azərbaycan xalqının 1000 nəfəridir" fikrini və cəmiyyəti "sürü" adlandırmasını tənqid etdikdən sonra kütləvi hücumlara məruz qalıb. 

Ekspertin sözlərinə görə, 1000-dən çox şəxs sosial şəbəkələrdə onu təhqir və təhdid edərək yazıçının bu iddialarını müdafiə edib.

Fotoda Etibar Əliyev

Müraciətdə Etibar Əliyev Əlisa Nicata belə bir sual ünvanlayıb:

"Əlisa müəllim! Bəs sənin 1000-dən çox qoyunun varsa, onda camaatdan niyə yardım istəyirsən? Bunları niyə mal bazarına çıxartmırsan? Əlavə xərclərini qarşılamaq üçün niyə bunların bir hissəsini dana, keçi və eşşəklə dəyişmirsən?"

Xatırladaq ki, 2022-ci ilin dekabrında yazıçı Əlisa Nicatın kommunal xərclərini, xüsusilə qaz borcunu ödəyə bilməməsi ilə bağlı ictimaiyyətə müraciət edilmiş və dəstək kampaniyası çərçivəsində yazıçıya yardım məqsədilə qısa müddətdə 7 min manata yaxın (6 987 AZN) vəsait toplanmışdı.

Səlcuq