Paşinyan Azərbaycanla bağlı sənədi İMZALADI - 5 illik plan

Ermənistan hökuməti Azərbaycanla sülhün institusional şəkildə möhkəmləndirilməsini qarşıdakı beş ilin əsas xarici siyasət istiqamətlərindən biri kimi müəyyənləşdirib. 

Aug 20, 2026 - 22:30
Paşinyan Azərbaycanla bağlı sənədi İMZALADI - 5 illik plan

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında təqdim etdiyi 2026–2031-ci illər üzrə hökumət proqramında qeyd olunub. 

Proqramın bu gün hökumət tərəfindən təsdiqləndiyi bildirilir. Sənəddə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərin davam etdirilməsi və iki ölkə arasında sülhün institusionallaşdırılması nəzərdə tutulur. 

Burada sülhün institusionallaşdırılması dedikdə sülh müqaviləsinin və digər hüquqi sənədlərin imzalanması nəzərdə tutulur. 

Proqramda həmçinin Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri, eləcə də işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Ermənistan hökuməti eyni zamanda Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını və sərhədin açılmasını planlaşdırır. 

Sənəddə ən azı iki müasir sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması və enerji infrastrukturunun bərpası ilə bağlı məqsədlər də yer alıb.

Banu