"Ermənilər Bakıda yaşaya bilər, azərbaycanlılar isə...” - Simonyan
“İki ölkə arasında sülh sazişi imzalandıqdan sonra azərbaycanlılar Ermənistanda, ermənilər də Azərbaycanda yaşaya bilərlər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
“Sülh sazişi imzalandıqdan sonra ermənilər Bakıda yaşaya, digərləri (azərbaycanlılar) də Ermənistanda vaxtilə yaşadıqları kəndlərə qayıda bilərlər. Ermənilər indi Gürcüstanda necə yaşayırlar? Sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan və Azərbaycan sakinləri ticarətə, bir-biri ilə ünsiyyətə və hər cür əməkdaşlıq etməyə başlayacaqlar”, - spiker bildirib.
Ermənistan parlamentinin sədri sülh sazişinin imzalanmasından sonra ermənilərin Qarabağa qayıda biləcəklərini də iddia edib.
Simonyanın fikrincə, cəmiyyətləri sülhə hazırlamaq lazımdır. O, Fransa və Böyük Britaniyanı misal çəkərək, bu Avropa ölkələrinin əsrlər boyu müharibə şəraitində olduğunu, sonda barışdıqlarını qeyd edib.
Yağmur