Eynulla saytı satdığı şəxsin ADINI AÇIQLADI

Tanınmış jurnalist Eynulla Fətullayev rəhbəri olduğu Haqqin.az saytını hansı səbəbdən satmasına dair geniş açıqlama yayıb.

Jun 9, 2026 - 18:45
Jun 9, 2026 - 19:52
Eynulla saytı satdığı şəxsin ADINI AÇIQLADI

SAVASHMEDİA.az onun sosial şəbəkə hesabında paylaşdığı açıqlamanı olduğu kimi təqdim edir.

İctimaiyyət üçün açıqlama

Həyatımın 32 ilini Azərbaycanın müstəqil mətbuatına həsr etmişəm. Və fəaliyyətim dövründə ölkənin ən oxunaqlı və kütləvi nəşrlərinə rəhbərlik etmişəm. Öncə fədakar jurnalist Elmar Hüseynovla “Monitor” dərgisini bərpa etdim, lakin 2005-ci ildə həmkarımın qətlindən sonra “Реальный Азербайджан» və “Gündəlik Azərbaycan” qəzetlərini təsis etdim, qıza zaman ərzində nəşrlər oxucuların rəğbətini və etibarını qazandı. 

Sonra ölkədə ilk müstəqil elmi-nəzəri jurnalını “Азербайджан в мире» dərgisinin bünövrəsini qoydum. 

2007-ci ildə həbs edildiyini xatırladan Eynulla Fətullayev həbsdən çıxdıqdan sonra dilemma qarşısında durduğundan bəhs edib: "Ya ölkəni tərk edib siyasi mühacir həyatını davam etmək, ya da mövcud siyasi sistem çərçivəsində müstəqil jurnalistikanı inkişaf etdirmək. Həmişə ikinci yolun tərəfdarı olmuşam". 

Eynulla Fətullayev saytı kimə satdığını da açıqlayəb: Haqqın.az-ın domainini,  MMC-nin tam payını iş adamı və politoloq İsmayılov Adəmə notariat qaydada satdım. Mən nə Caliber adlı sayt eşitmişəm, nə də Timur adlı şəxsin üzünü görmüşəm.

Gələcək planlarıma gəldikdə isə, hələlik biznes fəaliyyətilə məşğul olmaq istəyirəm. Hazırkı zamanda Azərbaycanda jurnalistika ilə məşğul olmaq uçurumun üzərindən nazik kanat üstündə getmək kimi təhlükəlidir.

Amma dünyada, regionda cərəyan edən hadisələri, maraqlı məlumatları sosial şəbəkələrdəki səhifələrimdə paylaşacam. Jurnalistikaya dönəcəmmi? Dünyanın işlərini heç bilmək olmaz! 

Oxucularıma salam və təşəkkürlər!