Netanyahunun köməkçisi məxfi məlumatı ötürüb – “CNN”
İsrail polisi baş nazir Benyamin Netanyahunun baş köməkçilərindən birini xarici mediaya məxfi məlumat ötürməkdə şübhəli bilinərək noyabrın 7-dək həbs edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bu iş üzrə xüsusi xidmətin 4 əməkdaşının keçdiyi bildirilir. Onlardan biri ev dustaqlığına buraxılıb. Digər şübhəlilər üçün qətiimkan tədbirləri barədə məlumat verilməyib.
“CNN”in məlumatına görə, iş üzrə şübhəli bilinən şəxslərdən biri Eliezer Feldşteyndir. O, uzun müddət İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətində çalışıb, 2022-ci ilin dekabrında isə Netanyahunun hərbi müxbirlərlə üş üzrə köməkçisi təyin olunub.
Şübhəlilərin gizli məlumatları Britaniyanın “The Jewish Chronicle” nəşrinə və Almaniyanın “Bild” qəzetinə ötürdükləri vurğulanıb. Sentyabrda hər iki qəzet İsrail kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan “HƏMAS” qruplaşmasının israilli girovları Qəzzadan Misirə gizli şəkildə daşımaq niyyəti barədə materiallar dərc etmişdi.
Nəşrlər həmçinin yazırdılar ki, fələstinlilər İsrail cəmiyyətini parlamaq istəyirlər. Onlar bunu cəmiyyətin İsrailin baş nazirini və onun tərəfdarlarını sülh danışıqlarını və girovların azad edilməsi prosesini pozmaqda ittiham etməsi yolu ilə həyata keçirmək niyyətində olublar.
“CNN” dərc olunan materiallardakı tezislərin Netanyahunun sentyabrın 2-də, Qəzzada tuneldə öldürülmüş altı girovun cəsədinin tapılmasından bir neçə gün sonra mətbuat konfransında verdiyi açıqlamaları xatırlatdığına diqqəti cəlb edib. Baş nazir mətbuat konfransında girovların Misirə daşınması planına dair cihadçı sənədin tapılmasını və İsrail cəmiyyətinə təzyiqləri də xatırladırdı.
İsrailin parlament müxalifətinin lideri Yair Lapid bildirib ki, Qəzza tunellərində tapılan sənəd saxta olub. Lapid həmçinin qeyd edib ki, Netanyahunun ofisi guya girov müqaviləsi ehtimalını pozmaq və “HƏMAS” tərəfindən əsir götürülmüş israillilərin ailələrinə qarşı rəyi dəyişdirmək üçün mediaya məlumat sızdırıb.
İsrail ordusunun sözçüsü Daniel Hagari əvvəllər “Bild”in istinad etdiyi sənədin qrupun o vaxtkı lideri Yəhya Sinvar tərəfindən yazılmadığını, orijinal olduğunu, “HƏMAS”ın orta dəstəsi üçün tövsiyələr kimi yazıldığını bildirib.
Onun sözlərinə görə, sözügedən sənəd bir neçə ay əvvəl tapılıb və ordu məlumatın sızdırılması faktını araşdırır.
Netanyahunun kabineti məlumatların jurnalistlərə ötürülməsinə aidiyyəti rədd edib. Baş nazir bildirib ki, məlumatın sızdırılması barədə KİV vasitəsilə xəbər tutub.
Xatirə SADİQ