"Peskov bayaq verdi, ötəri baxdım..." - Putin Zelenskinin məktubuna HİRSLƏNDİ

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsi görüş təklifinin yer aldığı açıq məktubuna münasibət bildirib.

Jun 5, 2026 - 20:43
Jun 5, 2026 - 21:13
"Peskov bayaq verdi, ötəri baxdım..." - Putin Zelenskinin məktubuna HİRSLƏNDİ

SAVASHMEDİA.az xəbər verir ki, Putin məktubu oxuduğunu və orada yazılanlardan razı qalmadığını deyib. 

"Dmitri Peskov həmin məktubu mənə elə indicə, tədbir zamanı verdi. Ötəri və qısa nəzər saldım. Məktubda, həqiqətən də, kobudluq elementləri var. Bu kobudluq nə üçündür? Şəxsi görüş və danışıqlar üçün şərait yaratmaq məqsədi daşıyır, yoxsa, ümumiyyətlə, hər hansı təkbətək görüş ehtimalının üzərindən xətt çəkmək üçündür? Məncə, ikinci variantdır”, - Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.

Rusiya prezidenti Zelenski ilə şəxsən görüşməyin hələlik mənasız olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Ukrayna lideri ilə təmaslardan heç vaxt imtina etməyib, lakin mövcud şəraitdə belə bir görüşü məqsədəuyğun hesab etmir.

“Mən kolların arasında qalmaq istəmirəm”, - Putin əlavə edib.

Xatırladaq ki, Volodimir Zelenskinin açıq məktubu iyunun 4-də Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub. Ukrayna lideri məktubunda Vladimir Putinə danışıqlara başlamaq məqsədilə üçüncü ölkədə – İsveçrə, Türkiyə və ya ərəb dövlətlərindən birində təkbətək görüşməyi təklif edib.

Oğuz