Tutulan icra başçısının vəkilindən açıqlama - "İmtina etdi"
Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev apellyasiya şikayəti vermək hüququndan istifadə etməyəcək.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu onun vəkili Elvin Əliyev deyib.
Xatırladaq ki, oktyabrın 31-də Səbail Rayon Məhkəməsi Rzayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 311.3.2-ci (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq rüşvət alma və ya təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Oğuz