Mərhum "Neftçi" prezidentinin TƏSİRLİ ÇIXIŞI - Azarkeşlər həmin VİDEOnu paylaşır
Bu gün ölüm xəbəri ilə futbol ictimaiyyətini dərindən sarsıdan “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqovun illər öncəyə aid görüntüləri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət 2012-ci ildə “Neftçi”nin Kipr APOEL-i üzərində qazandığı tarixi qələbədən sonra çəkilmiş videodan gedir.
Həmin uğur sayəsində Bakı təmsilçisi Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlmişdi.
Həmin vaxt paltardəyişmə otağında futbolçuların qarşısına çıxan Sadıq Sadıqov komandanın uğurunu yüksək qiymətləndirərək təsirli çıxış etmişdi.
Həmin görüntüləri təqdim edirik: