İrandan Müctəba Xamenei ilə bağlı NÖVBƏTİ AÇIQLAMA
İranla ABŞ arasında davam edən danışıqlarla bağlı yeni açıqlama verilib.
SAVASHMEDİA.az xəbər verir ki, İranın ali dini liderinin SEPAH-dakı nümayəndəsi Abdullah Hacı Sadeqi Vaşinqtonla aparılan təmasların birbaşa ölkə rəhbərliyinin nəzarəti altında həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, danışıqlarda iştirak edən nümayəndə heyəti bütün addımlarını Müctəba Xamenei ilə razılaşdırır.
Sadeqi qeyd edib ki, ABŞ tərəfi ilə keçirilən görüşlər yüksək səviyyədə idarə olunur və proses ali rəhbər Müctəba Xameneinin təsdiqi ilə davam etdirilir.
O, həmçinin vurğulayıb ki, Tehran heç bir təzyiq və ya təhdid qarşısında geri addım atmaq niyyətində deyil və İran öz mövqeyindən geri çəkilməyəcək.
Aytən