Araqçıdan Trampa XƏBƏRDARLIQ

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-nin prezidenti Donald Trampın İranda hərbi müdaxilə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib və Vaşinqtonu diplomatiyaya üstünlük verməyə çağırıb.

Jan 15, 2026 - 11:15
Araqçıdan Trampa XƏBƏRDARLIQ

SAVASHMEDİA.az xəbər verir ki, Araqçi qeyd edib ki, ABŞ əvvəlki yanlış addımları yenidən atmaqdan çəkinməlidir:

“Mesajım ondan ibarətdir ki, iyun ayında (2025-ci ildə) buraxdığınız eyni səhvi bir daha təkrarlamayın. Əgər yenə uğursuz bir təcrübəni sınasanız, nəticə eyni olacaq”, – deyə nazir vurğulayıb.

İran XİN rəhbəri, həmçinin ölkədəki vəziyyətin tam nəzarət altında olduğunu bildirib və daxili sabitliyə hər hansı ciddi təhlükənin olmadığını qeyd edib.

Aytən