“Almaniya rəhbərliyi ölkə iqtisadiyyatını məhv edənlərə dəm tutur” – Nikolay Patruşev

“Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində təxribat ABŞ və Böyük Britaniyanın öz iqtisadi maraqlarını təşviq etmək üsullarından biridir”.

Nov 11, 2024 - 17:12
“Almaniya rəhbərliyi ölkə iqtisadiyyatını məhv edənlərə dəm tutur” – Nikolay Patruşev

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Kommersant”a müsahibəsində Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.  

Onun sözlərinə görə, belə hücumların digər infrastrukturların obyektlərinə ediləcəyini də istisna deyil.

Nikolay Patruşev bir daha vurğulayıb ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin dərinlikdə boru kəmərlərini partlada biləcək texnikası və mütəxəssisləri yoxdur. Amma ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətləri oxşar imkanlara malikdir. 

Qərb kəşfiyyat xidmətlərinin bu məsələdə planının nədən ibarət olduğu sualına o, belə cavab verib: “Vaşinqton, o cümlədən gəmiçilikdə sabitliyi pozmaqla, enerji bazarını xaotikləşdirməyə qərar verib”.

Köməkçinin fikrincə, Birləşmiş Ştatlar qəsdən Almaniyanı onun inkişafı üçün çox zəruri olan Rusiyanın enerji resurslarından məhrum edir. 

“Almaniyanın indiki rəhbərliyi faktiki olaraq Almaniya iqtisadiyyatını məhv edənlərə dəm tutur”, - deyə Nikolay Patruşev əlavə edib. 

Bu kontekstdə o, Almaniya kanslerinin 2022-ci ilin sentyabrında baş verən partlayışla bağlı qərəzsiz araşdırma çağırışını mənasız adlandırıb.

Xatirə SADİQ