“Bizi o tədbirə dəvət etməyiblər” – Mariya Zaxarova
“Rusiya nümayəndə heyəti Münhen Təhlükəsizlik Konfransına dəvət edilməyib və ölkənin heç bir rəsmi nümayəndəsi tədbirdə iştirak etməyəcək”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya rəsmi şəxsləri təhlükəsizlik siyasəti məsələləri üzrə Münhen konfransına dəvət edilmir. Bu qərar bir neçə il əvvəl verilib, siyasiləşmiş qərardır, qəribə qərardır. Müvafiq olaraq, XİN, eləcə də Rusiyanın digər rəsmi struktur və orqanlarının nümayəndələri orada olmayacaq”, - deyə o, bildirib.
Zaxarovanın sözlərinə görə, müharibə başlayandan bəri Avropada təhlükəsizlik siyasətinə deyil, Ukraynaya üstünlük verirlər.
“Bu, ümumiyyətlə, formatın özünün böyük səhvidir, çünki elmi və ya elmi-siyasi və ya ictimai-siyasi təhlil fəaliyyətindən, ilk növbədə, Avropanın təhlükəsizliyi üçün tamamilə dağıdıcı kursun həyata keçirilməsi alətinə çevirmişdir. Fantastik hekayədir, lakin nəinki özünü quyruğundan dişləyən, hətta özünü udmağa başlayan ilan haqqındadır”, - deyə XİN sözçüsü istehza etməyə çalışıb.
Dünən ABŞ prezidenti Donald Tramp tədbirdə Rusiya və Ukraynanın yüksək vəzifəli məmurları arasında təmasların olacağını açıqlamışdı.
Lakin Kreml bu məlumatı təsdiqləmədikdən sonra ABŞ prezidenti bildirdi ki, gələn həftə Səudiyyə Ərəbistanında Rusiya, Ukrayna və Amerika məmurlarının görüşü keçiriləcək.
Xatirə SADİQ