Yanacaqdaşıyan maşının partlaması nəticəsində 70 nəfər ölüb

Nigeriyada yanacaqdaşıyan maşının partlaması nəticəsində 70 nəfər ölüb.

Jan 18, 2025 - 22:04
Yanacaqdaşıyan maşının partlaması nəticəsində 70 nəfər ölüb

Hadisə Niger ştatının Dikko bölgəsində qeydə alınıb.

Ölənlər yanacağı təmizləmək üçün partlayış yerinə gələnlərdir. Qeyd olunur ki, əksər meyitlər tanınmaz hala düşüb.

Hadisə nəticəsində daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, yük maşınında 60 min litr benzin olub.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, son dövrlər Nigeriyada benzinin qiyməti ciddi iqtisadi böhran fonunda beş dəfə artıb.