"Tramp indi mənə güvənir, Putin onu aldadırdı" - Zelenski
"Rusiya prezidenti Vladimir Putin əvvəllər ABŞ prezidenti Donald Trampa həqiqətlə əlaqəsi olmayan məlumatlar ötürür və anlaşılmazlıq yaradırdı. İndi isə durum fərqlidir"
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukrayna lideri əlavə edib ki, Tramp indi əsl reallıqları daha yaxşı görür və ona daha çox güvənir.
“Putin Trampa yanlış məlumatlar təqdim edirdi. Amma hazırda ABŞ lideri mənə daha çox güvənir, buna görə ona çox minnətdaram. İndi Tramp cəbhədəki real vəziyyətlə bağlı daha dəqiq və vacib məlumatları var. Amma detalları açıqlaya bilmərəm".
Səlcuq