Ailə yeni doğulmuş uşaqlarına Tramp adını qoydu - Rusiya qarışdı
Rusiyanın Novosibirsk vilayətində yaşayan ailənin yeni doğulmuş oğullarına Tramp adını vermək istəməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, valideynlərin qohumları və yerliləri onları bu qərarlarına görə sərt şəkildə tənqid ediblər.
Körpənin atası Vladimir baş verənlərlə bağlı yerli mediaya danışıb.
"Onlar hər cür cəfəngiyyat yazır, bizi siyasətə qarışdırırlar. Artıq bu söz-söhbətlərdən boğaza yığılmışıq. Ailə qərarlarımızın hansısa şəkildə cəmiyyətə təsir edəcəyini düşünməzdik", - ata deyib.
O, həmçinin əlavə edib ki, bu xəbər o qədər populyarlaşıb ki, başqa ölkələrdən jurnalistlər də ailəyə zəng etməyə başlayıblar. Bununla belə, Vladimir şəxsi həyatlarını internetdə ictimailəşdirmək istəmədiklərini vurğulayıb.
Səlcuq