Maşını etibarnamə ilə sürənlərinə NƏZƏRİNƏ - Qaydalar DƏYİŞDİ

Azərbaycanda iyunun 21-dən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. 

May 14, 2026 - 23:19
Maşını etibarnamə ilə sürənlərinə NƏZƏRİNƏ - Qaydalar DƏYİŞDİ

SAVASHMEDİA.az xəbər verir ki, dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlarla bağlıdır.

İndiyədək qüvvədə olan qaydalara görə, avtomobili sahibi və ya digər şəxsin idarə etməsindən asılı olmayaraq qəza halında zərərlilik tarixçəsi sığorta müqaviləsinin rəsmiləşdirildiyi şəxsin FİN koduna yazılırdı. Bu isə xüsusilə avtomobil satıldıqdan sonra problemlər yaradırdı. Belə ki, əvvəlki sahib müqaviləyə xitam vermədiyi halda, avtomobili alan şəxs qəza törədərsə, sığorta haqqındakı artım köhnə sahibin adına hesablanırdı.

Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən sürücünün FİN kodu üzrə hesablanacaq. Yəni avtomobil bir şəxsin adına olsa belə, qəzanı başqa sürücü törədərsə, artım həmin şəxsin adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq.

Digər dəyişiklik etibarnamə ilə bağlıdır. Əvvəllər avtomobilə bir neçə nəfərin etibarnaməsi olduqda sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi. Yeni qaydalara görə isə sistem ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq.

Səlcuq