Ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd verilir? - İZAH

Çoxlarını ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdün verilib-verilməməsi maraqlandırır.

Jul 13, 2026 - 17:43
Jul 13, 2026 - 17:44
Ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd verilir? - İZAH

SAVASHMEDİA.az xəbər verir ki, tələbənin təqaüd alması onun ödənişli və ya ödənişsiz əsaslarla təhsil almasından asılı deyil.

Təqaüdün verilməsi tələbənin akademik göstəricilərindən asılıdır.

Mövcud qaydalara əsasən, əyani təhsil alan və yüksək nəticə göstərən tələbələr arasında akademik göstəricilərə uyğun olaraq təqaüd təyin edilir. Bu baxımdan ödənişli və dövlət sifarişi ilə oxuyan tələbələr arasında hər hansı hüquqi fərq yoxdur.

Aytən