Güclü maqnit qasırğası olacaq – Bu tarixlə bağlı XƏBƏRDARLIQ!
İyulun 3-də Yer kürəsində güclü maqnit qasırğası olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Məlumata görə iyulun üçü gecə saat 01:00-da (Bakı vaxtı ilə) maqnit qasırğası G1 səviyyəsində (zəif) başlayacaq. Təxminən üç saat sonra (04:00-da) geomaqnit sahəsindəki pozuntular G2 səviyyəsinə qədər güclənəcək. Bu səviyyə orta güclü hesab edilir.
Həssas insanların səhhətində narahatlıqlar, yuxusuzluq, baş ağrıları yarana bilər.
Səhər saat 07:00 radələrində geomaqnit aktivliyi yenidən G1 səviyyəsinə enəcək və iyulun 4-ü, şənbə günü günorta saatlarınadək bu səviyyədə qalacaq. Bundan sonra maqnitosfer yenidən sakitləşəcək və iyulun 5-i, bazar günü gecə saat 01:00-dək sabit qalacaq.
Banu