Bu 10 qidanı yeyənlər uzun yaşayır - Siyahı açıqlandı

Aparılan son araşdırmalar göstərir ki, dünyanın ən uzunömürlü insanlarının qidalanmasında bəzi məhsullar ortaq yer tutur. 

Jul 2, 2026 - 12:38
Bu 10 qidanı yeyənlər uzun yaşayır - Siyahı açıqlandı

Amma təkcə bu qidaları yemək uzun ömür üçün kifayət etmir. Daimi fiziki aktivlik, normal bədən çəkisi, keyfiyyətli yuxu və siqaretdən uzaq durmaq da sağlam həyatın əsas şərtləri hesab olunur.

SAVASHMEDİA.az xəbər verir ki, insan ömrünü uzatdığı iddia edilən 10 qidanı təqdim edir:

Zeytun yağı - Ürək sağlamlığını qoruyan faydalı yağ turşuları və antioksidantlarla zəngindir.

Lobya və mərci - Bitki mənşəli zülal və lif mənbəyidir.

Qoz, fındıq - Xüsusilə qoz və badam ürək və beyin sağlamlığı üçün faydalıdır.

Yaşıl yarpaqlı tərəvəzlər - İspanaq, kələm və digər göyərtilər vitamin və minerallarla zəngindir.

Giləmeyvələr - Güclü antioksidant təsir göstərir.

Taxıllar - Yulaf, arpa və qəhvəyi düyü həzm sistemini dəstəkləyir.

Balıq - Xüsusilə yağlı balıqlar omeqa-3 mənbəyidir.

Sarımsaq - İltihabəleyhinə xüsusiyyətləri ilə tanınır.

Qatıq və digər fermentləşdirilmiş süd məhsulları - Bağırsaq mikroflorasına müsbət təsir edir.

Şirin kartof - Vitamin və lif baxımından zəngindir.

Azərbaycanlıların gündəlik qidalanmasında geniş istifadə olunan qatıq və sarımsaq da bu siyahıda yer alır. Bundan başqa, zeytun yağı, lobya və qoz da ölkəmizdə ən çox istehlak edilən faydalı məhsullar sırasındadır.

Aytən