Kababın kalori dəyəri nə qədərdir?
Azərbaycan mətbəxinin ən sevilən yeməklərindən biri də kababdır.
Xüsusən də bayram süfrələrini kababsız təsəvvür etmək demək olar ki, mümkün deyil. Kabab qızardılmış ət yeməklərindən həm fərqli dadı, həm də nisbətən az kalorili olması ilə seçilir.
SAVASHMEDİA.az qarşıdan gələn bayramları nəzərə alaraq sevənləri üçün kababların kalorisini araşdırıb.
Qoyun ətinin kababı
Seçiminiz qoyun ətidirsə, 100 qram kababda 320 kalorinin olduğunu nəzərə almalısınız.
Quzu ətinin kababı
Damaq dadınıza uyğun olan quzu ətinin kababıdırsa, bu zaman 100 qram kababdan 160 kalori qəbul etmiş olacaqsınız.
Mal ətinin kababı
100 qram mal əti kababında 250 kalori olduğunu nəzərə almalısınız.
Toyuq və ya hinduşka ətinin kababı
Toyuq və ya hinduşka ətini sevənlər isə 100 qram kababdan 150 kalori qəbul etmiş olacaqlar.
Donuz ətindən kabab
Azərbaycan mətbəxi üçün yad olsa da, donuz əti kababını sevənlər də az deyil. Bildirək ki, donuz ətinin 100 qramında 340 kalori var.
Banu